...

ASAN Könüllüləri Qarabağ bölgəsində konsert proqramı ilə çıxış ediblər (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2015 15:19 (UTC +04:00)
ASAN Könüllülərinin təşkilatçılığı, Bərdə rayon İcra Hakimiyyəti, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, 1 və 4 saylı uşaq incəsənət musiqi məktəblərinin dəstəyi ilə Qarabağ bölgəsi - Qədim Bərdə şəhərində möhtəşəm konsert proqramı baş tutub.
ASAN Könüllüləri Qarabağ bölgəsində konsert proqramı ilə çıxış ediblər (FOTO)

Bakı. Trend:

ASAN Könüllülərinin təşkilatçılığı, Bərdə rayon İcra Hakimiyyəti, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, 1 və 4 saylı uşaq incəsənət musiqi məktəblərinin dəstəyi ilə Qarabağ bölgəsi - Qədim Bərdə şəhərində möhtəşəm konsert proqramı baş tutub.

Konsert proqramı 5 dekabr - Beynəlxalq Könüllülər Gününün 30 illiyi münasibəti ilə təşkil olunub. Məqsəd bacarıqların inkişafı, sosiallaşma və əyləncə növü kimi könüllülük fəaliyyətinə diqqət çəkmək, gənclərin könüllü fəaliyyətə cəlb olunmasına imkan yaratmaqdır.

Gecədə ASAN Könüllüləri tərəfindən təqdim olunan bir- birindən maraqlı nömrələr tamaşaçıların böyük rəğbətinə və alqışlarına səbəb olub.

Qeyd edək ki, 1985-ci ildən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi silsilə tədbirlərin keçirilməsini planlaşdırır.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti