...

Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicə alan xəstələrin siyahısı (YENİLƏNİB)

Cəmiyyət Materials 5 Dekabr 2015 23:26 (UTC +04:00)
Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicə alan xəstələrin siyahısı
Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicə alan xəstələrin siyahısı (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (İlk xəbər saat 21:43 yayılıb)

Bakı. İlhamə İsabalayeva - Trend:

Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilib.

Trend-in məlumatına görə, xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib.

1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilmişdir:

Rəcəbov Mərdan-qabırğa sınığı

Məmmədov Allahverdi-bazunun sınığı

Əliyeva Məlahət-bel fəqərəsinin sınığı

Hüseynov Rəşid-kəllə beyin silkələnməsi

Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi

Xatırladaq ki, ötən gün axşam saatlarında "Günəşli" yatağındakı 10-cu özüldə güclü yanğın baş verib

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti