...

Xarkovda "Heydər Əliyevin dövlət quruculuğu irsi" mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 12 Dekabr 2015 15:01 (UTC +04:00)
Xarkov şəhərində “Heydər Əliyevin dövlət quruculuğu irsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Xarkovda "Heydər Əliyevin dövlət quruculuğu irsi" mövzusunda konfrans keçirilib

Bakı. Trend:

Xarkov şəhərində "Heydər Əliyevin dövlət quruculuğu irsi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən konfransda Ukraynanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diplomatik korpus nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Elmi praktik konfransda iştirak edənlər əvvəlcə ulu öndərin şərəfli həyat yolunu özündə əks etdirən sənədli filmə baxmaqla, onun zəngin ictimai, siyasi fəaliyyəti ilə tanış olublar. Heydər Əliyev öz zəngin təfəkkürü ilə bəşər tarixinin nadir şəxsiyyətlər salnaməsinə əbədi imza atmış dahilik simvoludur. Elmi-praktik konfransda çıxışına bu sözlərlə giriş verən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsində dahi Heydər Əliyev şəxsiyyətinin müstəsna rol oynadığını diqqətə çatdıran fəxri konsul bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayıb.

Konfransda Ukrayna Dəmir yolu Nəqliyyatı Universitetinin rektoru Sergey Pançenko, tarixçi alim Anatoli Qançarenko, professor Gennadi Xripunov, Urayna Mühəndis Akademiyasının prezidenti Anatoli Vasilyev və digər elm xadimləri geniş məruzə ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin tək Azərbaycan üçün deyil, o cümlədən, bölgə dövlətləri və Ukrayna xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Bu gün bir çox ölkələrdə baş verən müharibə və vətəndaş qarşıdurmalarından söz açan alimlər dünyanın belə bir həssas və çətin dövrdə Heydər Əliyev siyasi irsinin elmi şəkildə öyrənilməsinin və tətbiq edilməsinin vacibliyini vurğulayıblar.

Ulu öndərin liderlik qabiliyyətindən söz açan professor S.Pançenko bildiribki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrək tək Azərbaycanı deyil, bütövlükdə Cənubi Qafqazı alovlanmaqda olan müharibə təhlükəsindən xilas etdi: "Düşünürəmki, dünyanın siyasi insitutları, sosioloji araşdırmalar mərkəzləri onun siyasi irsini öyrənməklə dünyada sülh və əmin-amanlığın bərqərar olunmasuna böyük töhfələr verə bilərlər".

Ulu öndərin parlaq xatirəsinə işıq saçan elmi-praktik konfransda bir fikir xüsusi vurğulanıb ki, öz zəngin həyat fəlsəfəsi ilə dünyanın liderlik salnaməsinə əbədi imza atan Heydər Əliyev dühası əsrlər böyu müdriklik və dahilik təcəssümü kimi xatırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti