...

Ekoloji monitorinq: qəza rayonunda neft dağıntısı yoxdur

Cəmiyyət Materials 18 Dekabr 2015 13:36 (UTC +04:00)

Bakı. Trend:

SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən ötən sutka ərzində aparılmış növbəti monitorinqin nəticələri haqqında məlumat yayıb. Trend-in məlumatına görə, nəticələr barədə məlumatda deyilir: Monitorinqlər havadan helikopterlər, dənizdən gəmilər vasitəsilə bütün gün ərzində davam etdirilmişdir. Müşahidələr və analizlər göstərir ki, qəza rayonunda neft dağıntısı yoxdur. Yanan neft quyularının söndürülməsi dənizə neft dağılmaları təhlükəsinin aradan qaldırılmasında əhəmiyyətli rol oynamışdır. Ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün ərazidə olan ixtisaslaşdırılmış "Məmməd Süleymanov" gəmisindən alınan məlumatlar da hava və dəniz müşahidələrinin nəticələrini təsdiqləmişdir. İşçi qrup bir daha qətiyyətlə bildirir ki, indiyə qədər "Günəşli" yatağı və "Neft daşları" ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmamışdır. Mümkün neft dağılmalarına qarşı dəniz səthinə düzülmüş xüsusi bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması məqsədi daşıyır.

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupun tərkibində fəaliyyət göstərən Fövqəladə hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssiləri monitorinqləri davam etdirilər. Eyni zamanda "Azərkosmos" ASC, Kanadanın MDA şirkətinə məxsus "Radarsat-2" peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti