...

İnqlab Kərimovun barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 9 Yanvar 2016 15:23 (UTC +04:00)
İnqlab Kərimovun barəsində cinayət işi başlanıb.
İnqlab Kərimovun barəsində cinayət işi başlanıb

Bakı. Trend:

İnqlab Kərimovun barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 7 yanvar 2016-cı il tarixdə Fransada məskunlaşmış Azərbaycan Respublikası vətəndaşı Kərimov İnqlab Qüdrət oğlunun "Feysbuk" sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı - tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də "İŞİD" terror təşkilatının Azərbaycan Respublikasında terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Azərbaycan Respublikasının Baş Prokurorluğunda həmin faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti