...

Azərbaycanda epizootik tədbirlərin aparılmasına start verilib

Cəmiyyət Materials 9 Yanvar 2016 22:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Epizootik tədbirlər planı"na uyğun olaraq 2016-cı ilin cari ilin müalicə-profilaktiki, epizootik tədbirlərin aparılmasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata əsasən, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, qular araslnda nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında isə brusellyoza görə serioliji müayinələrin aparıması məqsədi ilə qanalma tədbirlərinə başlanılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki,
heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar
baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə və profilaktiki, epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət olunsun, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir və
bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Nəzarəti Xidməti epizootik tədbirlər planında nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə yerli baytarlıq idarələrini təmin etməklə lazımi nəzarət tədbirlərini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti