Bakı. Anaxanım Hidayətova - Trend:
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya səfiri Prayono Atiyanto ilə görüşüb.
Bu barədə Trend-ə İndoneziyanın Bakıdakı səfirliyindən bildiriblər.
Tərəflər Azərbaycanın turizm potensialını, eləcə də iki ölkə arasında turist axınının genişləndirilməsi imkanlarını müzakirə ediblər.