...

"Azerbaijan Coca-Cola Bottlers" rəhbərinin və basketbol yığmamızın üzvünün komandaları yoldaşlıq oyununda (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2016 17:36 (UTC +04:00)
"Azerbaijan Coca-Cola Bottlers"in rəhbəri və Azərbaycan basketbol yığmasının üzvünün komandaları yoldaşlıq oyunu keçiriblər.
"Azerbaijan Coca-Cola Bottlers" rəhbərinin və basketbol yığmamızın üzvünün komandaları yoldaşlıq oyununda (FOTO)

Bakı. Trend:

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə başlayan "Olimpiya Hərəkatı" adlı məktəblilərin idman proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçün basketbol idman növü üzrə təlim-məşq keçirilib.

Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd basketbol 3x3 idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdan ibarətdir. Gənc basketbolçulara köməklik məqsədilə onlara bu idman növünün sirlərini daha dərindən öyrətmək üçün "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel, basketbol üzrə Azərbaycan milli yığma komandasının üzvü, proqramın ulduz idmançısı Amil Həmzəyev və Azərbaycan Basketbol Federasiyasının baş məşqçisi Tahir Baxşıyev bir araya gəlib. Tədbiri daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə tədbirə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də qatılıb. Proqram çərçivəsində baş tutan ilk belə kütləvi təlim-məşqin keçirilməsində proqramın əsas tərəfdaşlarına Yasamal rayonu 18 saylı məktəbi və Azərbaycan Basketbol Federasiyası köməklik edib.

"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel qeyd edib: ""Olimpiya Hərəkatı" - "Coca-Cola" və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 2003-cü ildə əsası qoyulmuş məktəbli idman proqramıdır. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da "Coca-Cola"nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. Biz əminik ki, "Olimpiya Hərəkatı" proqramı Azərbaycanda məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək".

Basketbol üzrə milli yığma komandanın üzvü Amil Həmzəyev bu idman növünün əhəmiyyətindən danışaraq qeyd etdi ki, "Bakı 2015" Avropa Oyunlarından sonra basketbol 3x3 "Olimpiya Hərəkatı" proqramına daxil edilməsi çox sevindirici haldır. Belə ki, bu idman növünə məktəblilərin cəlb olunmasında "Olimpiya Hərəkatı"nın böyük təsiri olmuşdur. Amil məktəblilərə səslənərək onları bu idman növündə daha fəal olmağa çağırmışdır.

Eyni zamanda, tədbirdə iştirak edən MOK, Gənclər və idman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının nümayəndələri və finala vəsiqə qazanmış məktəblilər, həmçinin məktəb direktorları iştirak ediblər.

Komandaların yoldaşlıq görüşlərini izləyən Cem Becel, Amil Həmzəyev və Tahir Baxşıyev fasilə zamanı gənc basketbolçuları öz ətrafına toplayaraq yarış zamanı onların topla hərəkəti, səbətə atışlar və sair üzrə şəxsi tövsiyələrini verirdilər. Komandalararası yarışlar bitdikdən sonra yeniyetmələrdən ibarət milli komandanın üzvləri uşaqlar üçün nümunəvi oyun nümayiş etdiriblər. Bundan sonra yoldaşlıq görüşünün qaliblərindən ibarət özünə komanda yığan Cem Becel və Amil Həmzəyev digər iştirakçılar üçün master-klass nümayiş etdiriblər. Tədbirin sonunda komandanın kapitanları imzaladıqları topları xatirə hədiyyəsi kimi yarışda iştirak etmiş məktəblilərə təqdim ediblər.

Qeyd edək ki, "Olimpiya Hərəkatı" proqramında 440-a yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, 3x3 basketbol və velosiped idmanı üzrə yarışlara cəlb olunub. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edir və növbəti ilin əvvəlində "Bakı 2015" Avropa Oyunlarının yarış obyektində birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı "Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti