...

Əlverişsiz hava şəraiti yenə İstanbul-Bakı reysini təxirə saldı

Cəmiyyət Materials 27 Yanvar 2016 11:01 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar 28 yanvara təyin olunmuş İstanbul-Bakı reysini təxirə salıb. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunub.

"Türkiyə Hava Yolları" təyyarəsinin İstanbuldan uçuşu yanvarın 28-də yerli vaxtla səhər saat 08:15-ə təyin olunmuşdu.

İstanbul-Bakı və Bakı-İstanbul reysləri üzrə bütün digər uçuşlar müvafiq cədvəl üzrə qüvvədə qalıb.

Son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar "Türkiyə Hava Yolları" aviaşirkəti tərəfindən təxirə salınan reyslərin sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti