İstanbul-Bakı reysinin təxirə salınma səbəbi məlum oldu

Cəmiyyət Xəbər 4 Fevral 2016 09:23 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Bu günə olan İstanbul-Bakı reysi yenə təxirə salınıb. Trend-in məlumatına görə, "Türkiyə Hava Yolları" aviaşirkətinin saytında reysin əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salındığı bildirilir.

Qeyd edək ki, "Türkiyə Hava Yolları"na məxsus təyyarə İstanbuldan saat 14:30-da havaya qalxmalı idi. "Türkiyə Hava Yolları" aviaşirkəti son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla beynəlxalq reysi təxirə salıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti