...

İki rayona yeni prokuror təyin edildi

Cəmiyyət Materials 4 Fevral 2016 10:04 (UTC +04:00)
Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
İki rayona yeni prokuror təyin edildi

Bakı. Samir Əli - Trend:

Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişikliyi olub. Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Məlumata görə, Baş prokuror Zakir Qaralovun əmrləri ilə Şəmkir rayon prokuroru Allahverdi Novruzov tutduğu vəzifədən azad edilərək Masallı rayon prokuroru, Gəncə şəhər prokurorunun müavini Elçin Məmmədov isə tutduğu vəzifədən azad edilərək Lənkəran rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti