...

Nazirlik: Azərbaycandan Xəzər dənizinə axıdılan 239 axar müəyyənləşdirilib

Cəmiyyət Materials 5 Fevral 2016 15:01 (UTC +04:00)
Ötən il aparılan monitorinqlər zamanı respublika ərazisindən Xəzər dənizinə axıdılan 239 axar qeydə alınıb.
Nazirlik: Azərbaycandan Xəzər dənizinə axıdılan 239 axar müəyyənləşdirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il aparılan monitorinqlər zamanı respublika ərazisindən Xəzər dənizinə axıdılan 239 axar qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən il aparılan monitorinqlər zamanı respublika ərazisindən Xəzər dənizinə axıdılan 239 axar qeydə alınıb. Həmin axarlardan götürülən 4775 su, qrunt, qazma məhlulu, şlam və torpaq nümunəsi üzərində fiziki-kimyəvi, kimyəvi, mikrobioloji, bioloji və ekotoksikoloji təhlillər aparılıb.

Təhlillərin nəticəsinə görə "Neft Daşları", "Bibiheybətneft", Ə.Əmirov, N.Nərimanov adına NQÇİ-lərdə və "Bahar Enerji" ƏŞ-də, Heydər Əliyev adına Bakı Neft Emalı zavodundan götürülən su nümunələrində neft məhsullarının miqdarı normadan artıq müəyyən edilib. Bakı şəhərinin sahil zolağında Sahil və Pirallahı Bioloji Təmizləyici Qurğularından (BTQ), Hövsan kanalı, 32-ci kanal, Zığ və Xocəsən Mexaniki Təmizləyici Qurğular, Azadlıq prospekti, Y.Səfərov küçəsi, 8-ci km qəsəbəsi, Keşlə və Əhmədli kollektorlarından təhlillər üçün götürülən su nümunələrində kimyəvi çirkləndirici komponentlərin miqdarı normadan artıq, ekotoksikoloji baxımdan kəskin zəhərli və mikrobioloji baxımdan çirkli olduğu aşkar olunub.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikanın şimal sahil zolağında yerləşən Xaçmaz və Siyəzən yerli su kanal idarələrinin tabeliyində olan kanalizasiya xətlərinin çıxışından təhlillər üçün götürülmüş su nümunələrində kimyəvi çirkləndirici komponentlərdən ammonium ionu, asılı maddələr, oksigenə biokimyəvi tələbatın normadan artıq, mikrobioloji baxımdan çirkli və ekotoksikoloji baxımdan isə zəhərli olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti