...

Azərbaycanlı gimnast Bakıda Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb

Cəmiyyət Materials 19 Fevral 2016 14:35 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə azərbaycanlı gimnast Petro Paxnyuk sərbəst hərəkətlər üzrə yarışlarda finala çıxıb.
Azərbaycanlı gimnast Bakıda Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb

Bakı. Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə azərbaycanlı gimnast Petro Paxnyuk sərbəst hərəkətlər üzrə yarışlarda finala çıxıb.

14,950 bal göstəricisi ilə o, təsnifatda ikinci yeri tutub. P. Paxnyuk 3 qat dünya çempionu yaponiyalı gimnast Kenzo Şiraini 0,1 bal qabaqlayıb.

Təsnifatda birinci nəticəni (15,150 bal) israilli Artyom Dolqopyat göstərib.

Təsnifatın yekunları üzrə A. Dolqopyatdan, P. Paxnyuk və Şiraidən başqa, finala İsrail və Yaponiyadan daha bir gimnast, eləcə də Sloveniya, Xorvatiya və Türkiyə təmsilçiləri çıxıblar.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku 19-21 fevral tarixlərində 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparacaq, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edəcək.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti