...

Millət vəkili Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfrans təşkil etdi (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2016 11:29 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Eskişehirde Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı konfrans keçirib.
Millət vəkili Türkiyədə Xocalı soyqırımı ilə bağlı konfrans təşkil etdi (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Eskişehirde Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə bağlı konfrans keçirib.

Trend-in məlumatına görə, Eskişeher Azərbaycanlılar Dərnəyinin Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı təşkil olunan tədbirdə ilk öncə Xocalı Soyqırımı ilə bağlı film nümayiş etdirilib. Millət vəkili Qənirə Paşayeva dövlət və ictimai xadimləri, QHT və KİV təmsilçiləri, müəllim və tələbələr qarşısında çıxış edərək Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasının sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq problemi olduğunu vurğulayıb: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədtdiyi vandalizm aktlarına, soyqırımlara dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. Avropa Şurası, BMT kimi beynəlxalq təşkilatları Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları var. Lakin bu qərarların heç biri tətbiq edilmir. Həmin təşkilatlar qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana qarşı heç bir siyasi təzyiq göstərmir. Biz bunun səbəblərini bilirik".

Q.Paşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə də ətraflı məlumatlar verib: " Bəs haradadır o beynəlxalq təşkilatlar, insan haqları ilə məşğul olan qurumların Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı açıqlamaları? Nədən Ermənistanın 1 milyon azərbaycanlının insan haqlarıni 20 ildən artıqdır ki, pozaraq onların öz evlərinə dönməsinə imkan vermədiyinə etiraz edən bir açıqlamalarını eşitmirik? Nədən işğalçıya qarşı etiraz səslərini ucaltmırlar? Nədən 1 milyon azərbaycanlının pozulan haqlarına bu qədər biganə yanaşırlar?"

Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Q. Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib Qondarma erməni soyqırımı iddialarının yalan olması barədə faktlarla geniş çıxış edən millət vəkili erməni diaspor, lobbisi və Ermənistanın bu yalanlarla bütün dünyada Türkiyə və Türk millətinin əlehinə apardığı kampaniyadan, bəzi güclərin və dövlətlərin isə öz maraqları üçün bu məsələdən necə istifadə etməsi barədə də danışıb.

Millət vəkili getdikcə daha da gərginşləşən bölgəmiz üzərində oynanan böyük oyunlar barədə də geniş çıxış edib və gəncləri diqqətli olmağa çağırıb.

Tədbirin sonunda bir sıra ziyalılara və gənclərə millət vəkili Qənirə Paşayeva yazar-araşdırmaçı İmdat Avşarla birlikdə hazırladığı Türkiyə Türkcəsində "Karabağ hikayeleri" kitabını hədiyyə edib və gəncləri, ziyalıları və KİV təmsilçilərini maraqlandıran sualları geniş cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti