...

Talassemiya Mərkəzi: Mərkəzdə dispanser qeydiyyatda olan 2576 xəstə müalicə alır

Cəmiyyət Materials 24 Fevral 2016 12:14 (UTC +04:00)
Hazırda mərkəzdə dispanser qeydiyyatda olan 2576 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur.
Talassemiya Mərkəzi: Mərkəzdə dispanser qeydiyyatda olan 2576 xəstə müalicə alır

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda mərkəzdə dispanser qeydiyyatda olan 2576 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur.

Trend-in məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ötən il ərzində Respublika Talassemiya Mərkəzinə 19147 müraciət olub. Bunlardan 1998-i ilkin müraciət edən şəxs olub. Onların 195-i dispanser qeydiyyatına götürülüb.

C.Məmməfov bildirib ki, 2014-cü ilin may ayında respublikamızda ilk dəfə olaraq, allogen-qohum sümük iliyi transplantasiya əməluyyatı uğurla həyata keçirilib. Əməliyyatlarda donor-resipient cütlüyü bacı və qardaş arasından seçilib. 2014-cü ildə 10, 2015-ci ildə 15 əməliyyat həyata keçirilib. Bütün əməliyyatlar dövlət proqramı tərəfindən Səhiyyə Nazirliyi tərəfindən aparılıb.

C.Məmmədovun sözlərinə görə, 2015-ci ildə mərkəzin laboratoriyasında talassemiya xəstələri üçün keçirilən orta aylıq laborator müayinələrin sayı 2150 olub.

2015-ci ilin oktyabr ayında ilk dəfə autotransplantasiya əməliyyatı mərkəzin həkimləri tərəfindən uğurla həyata keçirilib.

C.Məmmədov deyib ki, transplantiya olunacaq xəstələrin HLA tipləndirilməsi aparılıb. Hazırda 252 nəfərdə HLA topləndirilməsi edilib və 19 cütlükdə tam uyğunluq alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti