...

Schneider Electric ənənəvi beynəlxalq tələbə müsabiqənin başlanmasını elan etdi

Cəmiyyət Materials 25 Fevral 2016 13:06 (UTC +04:00)
Enerji idarəetmə və avtomatlaşdırma üzrə dünya mütəxəssisi olan Schneider Electric şirkəti tələbələr arasında keçirilən "Go Green in the City" 6-cı illik müsabiqənin başlanmasını elan etdi.
Schneider Electric ənənəvi beynəlxalq tələbə müsabiqənin başlanmasını elan etdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Enerji idarəetmə və avtomatlaşdırma üzrə dünya mütəxəssisi olan Schneider Electric şirkəti tələbələr arasında keçirilən "Go Green in the City" 6-cı illik müsabiqənin başlanmasını elan etdi. Bu,"ağıllı" şəhərlər üçün elektrik enerjisinin təhçizatında yaranan problemlərinin həllinə istiqamətlənən innovasiyalı biznes cözümlərinin beynəlxalq müsabiqəsidir.

2016-cı ilin aprelin 15-nə qədər biznes və mühəndislik üzrə bakalavrlar və mühəndislər, həmçinin MBA kurslarının tələbələri bu layihədə iştirak etmək üçün dəvət olunurlar. Üzvlərdən birinin mütləq bir qadın nümayəndəsi olmaq şərtilə iki nəfərdən ibarət olan komanda "ağıllı" şəhərlər üçün elektrik enerjisinin idarəetməsinə dair öz innovasiyalı təkliflərini (keyslərini) bu mövzular ətrafında təqdim etməlidirlər: "Strategiya və Texnologiya", "Məhsulların yenidən istifadəsi və işlədilməsi","Şəhərin ekoloji ərazisində elektrik enerjisinin kiçik paylayıcı şəbəkələri", "Aşağı texnologiya laboratoriyası" və "Sərhədsiz". 2015-ci ildə Hindistanın Xaraqpur Texnoloji İnstitutunun tələbə komandası enerjinin səmərəli istifadəsi üçün proqram təminat ideyası verməklə müsabiqəni qazandı.
"Ağıllı" şəhərlərdə enerji idarəetmə mövzusu son 5 il ərzində tələbələr arasında çox böyük diqqət cəlb edir. Şəhərlərin dayanıqlığına nail olmaq üçün enerjinin istifadəsinin "ağıllı" idarəedilməsinin zəruriliyi gənc nəsilin maarifləndirilməsinə və məlumatlandırılmasına yönləndirilən kecən il "Go Green in the City" müsabiqəsi 168 ölkənin 12.800-dən çox iştirakçısını cəlb etmişdir, onlardan 57%-nı qadınlar təşkil edirdi. 2015-ci ildə Hindistan, İndoneziya ve Koreya nümayəndələri xüsusilə fəal idi və daxil olan ərizələr arasında geniş surətdə təqdim olunmuşdur.

Yarımfinalçı komandalar onların ideyalarının video-təqdimatlarını və qisa icmalını yaratmaq üçün Schneider Electric rəhbərliyi ilə işləyəcəklər. 15 iyul 2016-cı il tarixində 12 ən yaxşı komanda elan edilərək finalda iştirak etmək üçün Parisə dəvət olunacaqlar. Qalib komanda şirkətin işçiləri və yüksək təbəqəli menecmentlə ünsiyyət yaradaraq, Schneider Electric nümayəndələri ilə birlikdə VİP səviyyəsində dünya üzrə səyahət edəcəkdir. Onlara həmçinin yaşayış yerləri üzrə Schneider Electric şirkətində iş təklif olunacaqdır. Daha ətraflı məlumat əldə etmək üçün "Go Green in the City" vebsaytına (www.gogreeninthecity.com) və müsabiqənin Facebook və Twitter rəsmi səhifəsinə daxil olun.

"Schneider Electric" şirkəti haqqında

Schneider Electric" şirkəti 2014-cü maliyyə ilində €25 milyard gəlirlər enerji idarəetməsi və avtomatlaşdırılması sahəsində qlobal mütəxəssisdir və bizim 170,000 işçimiz 100-dən çox ölkədə olan sifarişçilərimizə xidmət edir və onların öz enerji və proseslərini təhlükəsiz, etibarlı, səmərəli və davamlı şəkildə işləməyə kömək edir. Ən sadə çeviricilərdən tutmuş mürəkkəb əməliyyat sistemlərinədək bizim texnologiya, proqram təminatı və xidmətlərimiz müştərilərimizin öz əməliyyatları idarə etməsi və avtomatlaşdırmasını təkmilləşdirir. Biz birləşdirilmiş texnologiyalarımız sənaye sahələrini yenidən formalaşdıracaq, şəhərlərin simasını dəyişəcək və həyatları zənginləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti