Bakı. Elçin Mehdiyev - Trend:
Bakı Apellasiya Məhkəməsinə yeni hakim təyin edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib.
Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsi dəyişdirilərək Bakı Apellasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.