...

Güclü dumana baxmayaraq, Bakı hava limanı ştat rejimində işləyir

Cəmiyyət Materials 28 Fevral 2016 09:51 (UTC +04:00)

Bakı. Trend:

Bakıda fevralın 28-də səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata görə, duman hava limanının işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.

Hava limanında həmçinin qeyd ediblər ki, naməlum səbəblərdən Novosibirsk - Bakı reysi saat 15:00-dək gecikir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti