...

Belaruslu məşqçi: "Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun təşkilinə valeh olmuşuq"

Cəmiyyət Materials 3 Mart 2016 15:42 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku mərhələsinin bu qədər dəqiq təşkilinə valeh olmuşuq.
Belaruslu məşqçi: "Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun təşkilinə valeh olmuşuq"

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku mərhələsinin bu qədər dəqiq təşkilinə valeh olmuşuq. Bunu Trend-ə batut gimnastikası üzrə Belarus yığmasının baş məşqçisi Vasili Şulikin deyib.

Onun sözlərinə görə, bu, cari ildə Dünya Kubokunun ilk mərhələsidir: "Biz bu yarışdan sınaq qismində yararlanmağı planlaşdırırıq, çünki bir aydan sonra İspaniyada Avropa çempionatı baş tutacaq".

V.Şulikin qeyd edib ki, hər şey yaxşı təşkil edilib: "Hər şey çox xoşumuza gəlir. Bura ilk dəfə gəlmirik, Avropa Oyunlarında iştirak etmişik".

V.Şulikin batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikinin atasıdır.

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti