...

Nazir: Beynəlxalq səviyyəli tədbirlər Azərbaycanda idmansevərlər üçün bayrama çevriləcək (FOTO)

Cəmiyyət Materials 5 Mart 2016 12:19 (UTC +04:00)
Azərbaycanda idman sahəsi üzrə nailiyyətlər gündən-günə artır.
Nazir: Beynəlxalq səviyyəli tədbirlər Azərbaycanda idmansevərlər üçün bayrama çevriləcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda idman sahəsi üzrə nailiyyətlər gündən-günə artır.

Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərə bildirib.

Azərbaycanın idman ölkəsi olduğunu deyən A.Rəhimov qeyd edib ki, bu il və qarşıdakı növbəti illərdə Azərbaycanı beynəlxalq səviyyəli çoxlu tədbirlər gözləyir: "Bu tədbirlər Azərbaycanda bütün idmansevərlər üçün bayrama çevriləcək".

A.Rəhimov bildirib ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü ulu öndər Heydər Əliyevin 4 mart 1995-ci il tarixli sərəncamı ilə keçirilir.

Nazir bütün idmançıları bu bayram münasibəti ilə təbrik edib: "Azərbaycanda bütün idmançılar bu günü qeyd edirlər. Bu günlə əlaqədar Milli Parkda və müxtəlif idman komplekslərində tədbirlər keçirilir".

Qeyd edək ki, Azərbaycanda keçirilən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin əməkdaşları və idman sahəsində nailiyyətlər əldə edən idmançılar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti