...

Novruz bayramı münasibətilə bulvarda atəşfəşanlıq olacaq

Cəmiyyət Materials 11 Mart 2016 16:05 (UTC +04:00)
Novruz bayramı münasibətilə Bakı bulvarında atəşfəşanlıq olacaq.
Novruz bayramı münasibətilə bulvarda atəşfəşanlıq olacaq

Bakı. Trend:

Novruz bayramı münasibətilə Bakı bulvarında atəşfəşanlıq olacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, martın 19-da Novruz bayramı münasibətilə Dənizkənarı Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunması münasibətilə və bu tədbirlərin yüksək səviyyədə qeyd edilməsi məqsədilə saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti bir daha bildirir ki, "İlaxır çərşənbə" günü - martın 15-də saat 19:00-da Heydər Əliyev Sarayının arxasında, Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında bayram karvanı ilə Atəşgahdan gətirilmiş odla tonqal alovlandırılacaq, konsert və atəşfəşanlıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti