Bakı. Trend:
Hal-hazırda Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olması barədə məlumatı yoxdur.
Səfirlikdən Trend-ə verilən məlumata görə, bu məsələ araşdırılır.
Qeyd edək ki, Ankarada güclü partlayış baş verib.
Hadisə zamanı çox sayıda insanın xəsarət aldığı bildirilir.