...

BDU-da növbəti intellektual marafon (FOTO)

Cəmiyyət Materials 14 Mart 2016 11:23 (UTC +04:00)
BDU Tələbə Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən "IN Club"un təşkilatçılığı ilə Bakı Dövlət Universitetində “Nə? Harada? Nə zaman?” oyunu üzrə İntellekt Marafonu Festivalı keçirilib.
BDU-da növbəti intellektual marafon (FOTO)

Bakı. Trend:

BDU Tələbə Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərən "IN Club"un təşkilatçılığı ilə Bakı Dövlət Universitetində "Nə? Harada? Nə zaman?" oyunu üzrə İntellekt Marafonu Festivalı keçirilib.

Bu barədə Trend-ə BDU THİK İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

İntellekt Marafonu Festivalını giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Eltac Cəbiyev qeyd edib ki, THİK həmişə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər həyata keçirir.

"IN Club"un sədri Nəcməddin Sofıyev çıxış edərək, intellektual oyunlarının keçirilməsinin vacibliyi və son dövrlərdə BDU tələbələrinin bu sahədə qazandıqları uğurlardan söz açıb.
40-a yaxın komandanın iştirak etdiyi yarışmada I yerə "G-15", II yerə "Kreativ", III yerə isə "Red sakura" komandaları layiq görülüb.

Təltif etmədə çıxış edən BDU rektoru, akademik Abel Məhərrəmov universitetdə təşkil olunan müxtəlif intellektual tədbirləri təqdir etdiyini bildirərək, tələbələrə uğurlar arzu edib. O, bu cür yarışların keçirilməsi üçün hər cür dəstək verməyə hazır olduğunu dilə gətirib.
Sonda qaliblər sertifikat və hədiyyələrlə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti