...

Bakı-Gəncə aviareysinin gündəlik həyata keçirilməsi təklif olunur

Cəmiyyət Materials 15 Mart 2016 13:27 (UTC +04:00)
Milli Məclidə Bakı-Gəncə və Gəncə-Bakı aviareysinnin gündəlik həyata keçirilməsi məsələsi ilə bağlı təklif irəli sürülüb.
Bakı-Gəncə aviareysinin gündəlik həyata keçirilməsi təklif olunur

Bakı. Elçin Mehdiyev-Trend:

Milli Məclidə Bakı-Gəncə və Gəncə-Bakı aviareysinnin gündəlik həyata keçirilməsi məsələsi ilə bağlı təklif irəli sürülüb. Trend-in məlumatına görə, bu barədə deputat Musa Quliyev məsələ qaldırıb.

Millət vəkili bildirib ki, Bakı-Gəncə aviareysindən yalnız Gəncə sakinləri deyil, həmin regionda olan şəhər və rayonların da sakinləri istifadə edir. Bu baxımdan aviareyslərin hər gün işləməsinə ehtiyac var.

Deputat M.Quliyev hökümətin bu məsələni nəzərə almasını xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti