...

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 18 Mart 2016 14:19 (UTC +04:00)
Nazir Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək.
Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Nazir Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək.

Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyindən məlumat verilib.

Gənclər və idman naziri Azad Rəhimov martın 29-da Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh, Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar 28 mart tarixinədək aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Ağcabədi - 050-515-29-00

Beyləqan - 055-743-12-12

Biləsuvar - 050-504-44-22

İmişli - 050-635-66-49

Məqalədə:
Xəbər lenti

Xəbər lenti