...

"Azərsu" ilin axırınadək yeni smart sayğaclar quraşdıracaq (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2016 15:38 (UTC +04:00)
“İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.
"Azərsu" ilin axırınadək yeni smart sayğaclar quraşdıracaq (FOTO)

Bakı. Trend:

"İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ASC əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib.

Sərəncama əsasən, əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azərsu" ASC-yə 12 milyon manat ayrılıb. Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36 052 həyət, 13 948 bina evi üzrə aparılacaq. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Tender elanının tam mətni "Azərsu" ASC-nin saytının "Tender və elanlar" bölməsində yerləşdirilib.

Qeyd edək ki, istehlakçıların smart tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanıb. 1 aprel 2016-cı il tarixə olan məlumata görə, "Azərsu" ASC tərəfindən 417 550 smart sayğac quraşdırılıb. Quraşdırılmış sayğacların 381 381 ədədi əhali, 36 169 ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244 997, regionlarda isə 172 553 ədəd smart sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti