...

İsa Həbibbəyli: Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır

Cəmiyyət Materials 8 Aprel 2016 13:47 (UTC +04:00)
Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır.
İsa Həbibbəyli: Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bu gün Şamaxı şəhərində keçirilən "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" adlı III Beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

İ.Həbibbəyli bildirib ki, XX əsr boyu Azərbaycan xalqına və ümumən türk millətinə qarşı Şərqi Anadoluda, Qafqazda və Orta Asiyada, hətta Cənubi Azərbaycanda bir neçə dəfə ağır, dəhşətli soyqırımı və deportasiyalar baş vermişdir: "Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir".

AMEA-nın vitse-prezidenti əlavə edib ki, bu gün Azərbaycan alimlərini narahat edən dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsidir.

İ.Həbibbəyli Azərbaycanda baş verən soyqırımlarının tədqiq olunmasının təşəbbüskarının birbaşa Azərbaycan Prezidenti İlham Əliyev olduğunu da xatırladıb.

Tarix institun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımlar ümumdünya tarixinin ən dəhşətli soyqırımlarıdır.

O bildirib ki, dünya tarixində ermənilərin 1914-1918-ci illərdə törətdikləri soyqırımlar qədər dinc, silahsız əhalini, o cümlədən uşaqları, qadınları və qocaları amansızcasına, namusu və heysiyyatı alçaldılaraq ən qəddar üsullarla məhv edilməsi faktına təsadüf olunmur: "Məkrli ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti aparmışlar. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan ellərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti