...

Jurnalistika üzrə magistratura müsabiqəsində iştirak şərtləri açıqlandı

Cəmiyyət Materials 8 Aprel 2016 16:30 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin jurnalistika üzrə magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar üçün müsabiqədə iştirak etmə şərtlərini açıqlayıb.
Jurnalistika üzrə magistratura müsabiqəsində iştirak şərtləri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin jurnalistika üzrə magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar üçün müsabiqədə iştirak etmə şərtlərini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müraciət edə bilərlər. Həmin bakalavrlar 2016-cı il aprelin 11‑dən 20‑dək TQDK-nın internet saytının müvafiq səhifəsində jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən bakalavrlar 22‑25 aprel tarixlərində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və aprelin 26-dan 29-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılacaq. Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar imtahanın ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti