...

Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edildi

Cəmiyyət Materials 27 Aprel 2016 12:29 (UTC +04:00)
Sabah axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.
Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edildi

Bakı. Trend:

Sabah axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti