...

"Oregon Jewish Life" qəzetində Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən məqalə dərc edilib

Cəmiyyət Materials 29 Aprel 2016 17:21 (UTC +04:00)
ABŞ-da nəşr olunan “Oregon Jewish Life” qəzeti “Böyük Portlandın Yəhudi Federasiyası” təşkilatının icraçı direktoru Mark Blattnerin geniş məqaləsini dərc edib.
"Oregon Jewish Life" qəzetində Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən məqalə dərc edilib

Bakı. Trend:

ABŞ-da nəşr olunan "Oregon Jewish Life" qəzeti "Böyük Portlandın Yəhudi Federasiyası" təşkilatının icraçı direktoru Mark Blattnerin geniş məqaləsini dərc edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycandan sevgilərlə" adlı məqalədə müəllif baş konsul N.Ağayevin Oreqon ştatına işçi səfəri zamanı sözügedən təşkilatın nümayəndələri ilə görüşü və Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrindən söz açır.

Məqalədə Azərbaycanın tarixi və coğrafi mövqeyi haqda məlumat verən müəllif, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu xüsusi vurğulayır və həmin il ölkəmizdə qadınlara ilk dəfə səsvermə hüququnun verildiyini diqqətə çatdırır.

Ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinə toxunan M.Blattner Azərbaycanda otuz minə yaxın yəhudinin yaşadığını qeyd edərək, burada tarix boyu anti-semitizm əlamətlərinin olmamasını və müsəlman, yəhudilər arasında sıx dostluq əlaqələrinin yaranmasını məhz xalqımızın zəngin milli-mənəvi dəyərlərindən irəli gəldiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycanla İsrail arasında mövcud əlaqələrdən bəhs edən M.Blattner bu əlaqələrin 1992-ci ildə Azərbaycanda İsrail səfirliyinin açılması ilə başladığını və bu gün bütün sahələrdə uğurla inkişaf etdirildiyi haqda oxuculara məlumat verib.

Sonda müəllif Azərbaycanda yaşayan yəhudilərlə bağlı bir sıra diqqət çəkən məqamları xüsusi olaraq qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti