...

"Euronews" Şəki şəhərinə süjet həsr edib (VİDEO)

Cəmiyyət Materials 3 May 2016 14:05 (UTC +04:00)
"Euronews" telekanalı Şəki şəhərinə süjet həsr edib.
"Euronews" Şəki şəhərinə süjet həsr edib (VİDEO)

Bakı. Elmira Tariverdiyeva - Trend:

"Euronews" telekanalı Şəki şəhərinə süjet həsr edib.

Süjetdə qeyd edilir ki, bu il şəhər türk dünyasının mədəniyyət paytaxtı adlandırılıb. Bu gün Şəki küçələrində əl işlərini təklif edən sənətkarlara rast gəlmək olar. Bəziləri xalq geyimləri tikir, digərləri xalça toxuyur, dulusçuluqla məşğul olanlar da var.

Ayaz Мəсidov kimi folklor musiqi alətləri hazırlayan sənətkarlar da var. A.Məcidov tarı çox qədim xalq aləti adlandırır. O, tarın əsrlərdən bəri tut və qoz ağaclarından hazırlandığını deyir.

"Euronews" telekanalının jurnalisti Mariya Koren süjetdə, həmçinin Azərbaycan mətbəxinin ənənəvi yeməkləri barədə də söhbət açır.

Şəkidə vitraj sənətkarlığı da inkişaf edib. Yerli sənətkarların məmulatlarına Azərbaycanın hüdudlarından kənarda da böyük tələbat var.

Azərbaycan hakimiyyəti qədim şəhərin bəşəriyyətin mədəni irs siyahısına daxil olunması üçün bu yaxınlarda YUNESKO-ya ərizə verib. Bu addım Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevə tam məntiqli görünür: "Qədim Şəkinin məhəllələri bütün bəşəriyyətə məxsus olan əsl incidir, onun gələcək nəsillərə saxlamaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti