...

Qadını qarət edən xarici vətəndaşa hökm oxundu

Cəmiyyət Materials 3 May 2016 15:02 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən İsrayıl Aşurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadını qarət edən xarici vətəndaşa hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən İsrayıl Aşurovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Aşurov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il oktyabrın 28-də paytaxtın Nizami rayonunda naməlum şəxs Bakı şəhər sakini Gülnarə Quliyevaya zor tətbiq edib içərisində 60 manat, mobil telefon və digər əşyaları olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq 24-cü Polis Bölməsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti