...

Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell-dən dəstək

Cəmiyyət Materials 5 May 2016 17:20 (UTC +04:00)
Velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Tural Abbasov səfər boyu Bakcell-in intrenet, zəng və SMS xidmətindən istifadə edəcək.
Velosipedlə dünya səyahətinə çıxan azərbaycanlıya Bakcell-dən dəstək

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti bildirir ki, velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Tural Abbasov səfər boyu Bakcell-in intrenet, zəng və SMS xidmətindən istifadə edəcək.

2016-cı ilin yanvarında Bakıdan Çin istiqamətində yola düşən velosipedçi səyyah artıq 10200 km-dən çox məsafə qət edərək Orta Asiyadan keçib. Hazırda Tailandda olan Tural Bakcell-in rouminq xidməti vasitəsilə öz səyahət təcrübəsini http://velotural.az/ və https://www.facebook.com/velotural/ səhifələrində bölüşür.

T.Abbasov bildirib: "Səfər zamanı güvənli və keyfiyyətli mobil rabitə çox vacib amillərdən biridir. Rouminq xərclərimi öz üzərinə götürdüyünə görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm. Bu, mənim üçün maddi dəstəkdən daha çox velosiped və velosəyahət mədəniyyətinin inkişafına və təbliğinə verilən töhfənin, mənim və mənim kimi insanların işinə olan diqqətin nümunəsidir. Bu yaxşı göstəricidir və ümid edirəm ki, Azərbaycandakı başqa şirkətlər də Bakcell şirkətindən nümunə götürəcək".

Azərbaycanlı velosəyyahın səfər təəssüratlarını, həmçinin Bakcell-in rəsmi "Facebook" səhifəsindən izləmək olar: https://www.fb.com/Bakcell/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti