Bakıda Avropa Qran Prisi ərəfəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı günlər bəlli olub

Bakıda Avropa Qran Prisi ərəfəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı günlər bəlli olub

Bakı. Trend:

Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumatda bildirilir ki, tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb.

Plana əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Formula 1 Şəhərciyinin olduğu Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 01:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.

Qeyd edək ki, nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər və onun ətrafındakı digər ərazilər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı vəyaxınlığında yerləşən digər ərazilər (2)aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir.Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.

Məlumat üçün bildirək ki, 1-ci zonaya aid nişanlar İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən, 2 və 3-cü zonalara aid nişanlar isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunacaq.2-ci və3-cü zonalara aid ətraflı məlumatı(012) 492-09-02telefon nömrəsi ilə əlaqə saxlayaraq Bakı Şəhər İcra Hakimiyyətindən əldə edə bilərsiniz.

1 və 2-cizonalarda nəqliyyatın hərəkətinə ancaq gecə vaxtı 24:00-dan 06:00-dək icazə veriləcək. 3-cü zonada isə nəqliyyatın hərəkətinə gün ərzində icazə veriləcək və müvafiq nişana sahib olan avtomobillər istənilən saatda bu zonaya daxil ola biləcəklər.1-ci zonaya giriş Azneft dairəsi tərəfdən, 2-ci zonaya giriş isə Azadlıq prospekti tərəfdən olacaq.

Əlavədə verilmiş xəritədə qırmızı rənglə göstərilən küçələrdə 14-21 iyun tarixlərində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, mavi rənglə göstərilən küçələrdə isə nəqliyyatın hərəkətinə icazə veriləcək, ancaq bu yerlərdə parklanma qadağan olunacaq. Çəhrayı rəngdə olan küçələrdə ancaq yarışla əlaqədar akkreditasiyaya sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Sonda onu qeyd edək ki, şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Həmçinin trekin əhatə etdiyi qapalı zonalara əvvəlcədən təyin olunmuş yeraltı və yerüstü keçidlər vasitəsilə daxil ola biləcəklər. İyunun 16-ı, günorta saat 12:00-dən etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Loading Bars
Xəbər lenti
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarını xatırladır
Təhsil naziri qəzada ölən tələbələrdən yazdı
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Bakı Ali Neft Məktəbinin 9 yaşı tamam olur
Rusiyada bir gündə koronavirusa 26 mindən çox yoluxma olub, 368 nəfər ölüb
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh
Kür-Araz ovalığında bataqlıqlar artır
Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib
Hotellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq - Yenilik
Sülhməramlılar üçün yüklərin Azərbaycan vasitəsilə daşınması ərazi bütövlüyümüzə hörmətin nümunəsidir - Deputat
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)
Avstriyanın müdafiə naziri koronavirusa yoluxub
Tibb Universitetinin qəzada həlak olan tələbələri (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq
Zərdabda evi tərk edən daha bir COVİD-19 xəstəsinə cinayət işi başlandı
Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır - Ekspert
Daha 3 koronavirus xəstəsi saxlanılıb
Bütün xəbərlər