...

Nazir: IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni qurğu tikilməyəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 May 2016 14:44 (UTC +04:00)
12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni qurğu tikilməyəcək.
Nazir: IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni qurğu tikilməyəcək  (ƏLAVƏ OLUNUB)

Bakı. Elçin Mehdiyev - Trend:

12-22 may 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni qurğu tikilməyəcək.

Trend-in məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, Oyunlar üçün 16 idman qurğusu və məkanları istifadə olunacaq.

Nazirin sözlərinə görə, bəzi idman qurğuları və məkanları var ki, onlar I Avropa Oyunları üçün istifadə olunmayıb, lakin IV İslam Həmrəyliyi Oyunları üçün istifadə olunacaq.

Bu məkanlar "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Tennis Akademiyası, Şüvəlanda yerləşən ağır atletika mərkəzi, Dalğa və Bakcell Arena stadionlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti