...

Maliyyə Bazarlarına Nəzarət Palatası ADA Universitetində Karyera Günü təşkil edib (FOTO)

Cəmiyyət Materials 18 May 2016 15:05 (UTC +04:00)
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mayın 17-də ADA Universitetində Karyera Günü təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatası ADA Universitetində Karyera Günü təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mayın 17-də ADA Universitetində Karyera Günü təşkil edib.

Palatadan Trend-ə verilən məlumata görə, regionun aparıcı təhsil ocağı sayılan ADA Universitetinin məzunları, MBA və EMBA tələbələri üçün keçirilən Karyera Günündə MBNP, işə qəbul imkanları və şərtləri barədə, eyni zamanda qurumun maliyyə bazarında həyata keçirdiyi işlər və layihələr haqqında ətraflı məlumat verilib.

Karyera Günündə iştirak etmiş bütün namizədlərin iş müraciətləri qeydiyyatdan keçirilib və müvafiq tələblərə uyğun gələn namizədlərlə müsahibələr təşkil ediləcək.

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İnsan resursları idarəsinin rəisi Aidə İbrahimova bildirib ki, MBNP vakant vəzifələrin yüksək ixtisaslı kadrlarla komplektləşdirilməsi, gənc və istedadlı namizədlərin işə cəlb edilməsi istiqamətində ali təhsil mərkəzləri ilə əməkdaşlığa xüsusi önəm verir.

Bu məqsədlə bu ilin yayında MBNP universitetlərin 4-cü kurs bakalavr və magistr tələbələr üçün yay təcrübə proqramını təşkil edəcək.

Yay tətili ərzində proqrama qəbul olunmuş tələbələr MBNP-nın strateji departamentlərinin təcrübəsi ilə tanış olmaq və gələcəkdə müvafiq vakansiyalarda çalışmaq imkanı əldə edəcəklər.

Media orqanları əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti