...

“ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib (FOTO)

Cəmiyyət Materials 23 May 2016 12:57 (UTC +04:00)
“ASAN Könüllüləri” təşkilatının ümumi yığıncağı keçirilib.
“ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib (FOTO)

Bakı. Trend:

"ASAN Könüllüləri" təşkilatının ümumi yığıncağı keçirilib. Təşkilatdan Trend-ə verilən məlumata görə, dövlət himni səslənməsi və Vətənin müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiram sükutuyla yad edilməsindən sonra yığıncaq öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan "ASAN Könüllüləri" təşkilatının sədri Fərid Sadıxlı bildirib ki, bu onun sədr olaraq son çıxışıdır. "ASAN Könüllüləri" təşkilatının yaranma zərurətindən danışan Fərid Sadıxlı, 2 il ərzində təşkilatın qazandığı uğurları iştirakçıların nəzərinə çatdırıb. Daha sonra Fərid Sadıxlı "ASAN Könüllüləri" təşkilatının İdarə Heyətinə keçirilən seçkilərin nəticələrini açıqlayıb, idarə heyətinə yeni üzv seçilənləri təbrik edib. Həmçinin Fərid Sadıxlı qeyd edib ki, yeni təyin olunmuş idarə heyətinin ilk iclasında Birliyin sədrinin səlahiyyətlərinin dayandırılması və yeni sədrin seçilməsi məsələləri müzakirə olunub, üzvlərin səsverməsinə əsasən, "ASAN Könüllüləri " təşkilatının yeni sədri Bəxtiyar İslamov seçilib.

"ASAN Könüllüləri" təşkilatının yeni sədri seçilmiş B.İslamov sədr olaraq ilk çıxışını edib. Bəxtiyar İslamov çıxışı zamanı ona göstərilən bu etimada görə hər kəsə təşəkkür edib, təşkilatın gələcək fəaliyyət proritetlərini açıqlayıb, görüləcək işlərlə bağlı məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN Könüllüləri" təşkilatına yeni seçilmiş sədr və idarə heyətini təbrik edib. Təşkilatın bu günə qədər olan fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən sədr, yeni komandaya da gələckədəki fəaliyətlərində uğular arzulayıb.

Dövlət Agentliyinin sədri tədbirdə iştirak edən könüllülərin təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırırb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti