...

Heybət stansiyasının yolları əsaslı təmir olunur (FOTO)

Cəmiyyət Materials 6 İyun 2016 08:26 (UTC +04:00)
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.
Heybət stansiyasının yolları əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata əsasən, iyunun 6-da Heybət stansiyasında 1300 metr uzunluğunda baş yolun əsaslı təmirinə başlanıldı. Artıq köhnə yolun söküntüsünə başlanılıb.

Əsaslı təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin məlumata görə, təmir işləri sabah başa çatacaq.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 112 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

Xəbər lenti

Xəbər lenti