...

"5 iyun – Ətraf mühitin mühafizəsi günü" ilə bağlı aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2016 11:01 (UTC +04:00)
4 iyunda “5 iyun – Ətraf mühitin mühafizəsi günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Novxanı çimərlik ərazisində, sahilyanı zonada təmizlik aksiyası keçirilib.
"5 iyun – Ətraf mühitin mühafizəsi günü" ilə bağlı  aksiya keçirilib (FOTO)

Bakı. Trend:

4 iyunda "5 iyun - Ətraf mühitin mühafizəsi günü" münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə Novxanı çimərlik ərazisində, sahilyanı zonada təmizlik aksiyası keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülər iştirak edib.

Aksiyaya 5 texnika cəlb edilməklə çimərliyin qum örtüyü xüsusi mexanizm ilə yumşaldılaraq, 10 hektar ərazidən müxtəlif növ tullantılar təmizlənib.

Aksiyanın sonunda iştirakçılar üçün çay süfrəsi təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti