...

Rasim Əliyevi öldürənlərin məhkəməsində xəstəxana sənədləri tələb edildi

Cəmiyyət Materials 10 İyun 2016 13:22 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək mühakimə olunmuş şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Rasim Əliyevi öldürənlərin məhkəməsində xəstəxana sənədləri tələb edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək mühakimə olunmuş şəxslərin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə vəkil mərhum jurnalist Rasim Əliyevin müayinəsi zamanı rentgen müayinəsinin surətinin tələb edilməsini istəyib. Vəkil bildirib ki, işdə ziddiyyətlərin aydınlaşdırılması üçün bu vacibdir.

Prosesdə iştirak edən R.Əliyevin anası Teyfurə Əliyeva və vəkil Fariz Namazlı da vəsatəti müdafiə edib.

Cavid Hüseynovun həbsindən apelyasiya şikayəti verildi

Cavid Hüseynovun həbsindən apelyasiya şikayəti verildi

Hakim vəsatətin böyük olduğunu əsas gətirərək prosesdə iyunun 17-dək fasilə elan edib.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rasim Əliyev xəstəxanada vəfat edib.

Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti