...

Polis Formula 1-ə görə gücləndirilmiş rejimə keçir

Cəmiyyət Materials 16 İyun 2016 14:26 (UTC +04:00)
Azərbaycanda keçiriləcək “Formula-1” yarışları zamanı ölkədə polis gücləndirilmiş iş rejimində işləyəcək.
Polis Formula 1-ə görə gücləndirilmiş rejimə keçir

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda keçiriləcək "Formula 1" yarışı zamanı polis gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrdə qeyd edilib ki, Bakıda ilk dəfə təşkil olunan "Formula 1" üzrə Avropa Qran-prisi yarışı ərəfəsində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunlarının hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bütün strateji əhəmiyyətli obyektlər, o cümlədən su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, metropolitendə, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti