...

Kürdə suyun səviyyəsi azalıb

Cəmiyyət Materials 18 İyun 2016 11:26 (UTC +04:00)
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.
Kürdə suyun səviyyəsi azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kür çayının Surra məntəqəsində 19, Salyanda 18, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma qeydə alınıb.

Dünən Surra məntəqəsində suyun səviyyəsi 386 sm (2015-ci il iyunun 17-də 312 sm), Salyanda 172 sm (2015-ci il iyunun 17-də 70 sm), Bankədə 193 sm (2015-ci il iyunun 17-də 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2015-ci il iyunun 17-də 29 sm) təşkil edib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 24 sm artıb. İyunun 17-də məntəqədə su sərfi 497 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 288 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 45-50, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-70 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti