...

Yeni doğulan uşaqların işığın kəsilməsi səbəbindən ölməsi xəbərinə Səhiyyə Nazirliyindən münasibət

Cəmiyyət Materials 21 İyun 2016 12:43 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasında (RMX) elektrik enerjisinin kəsilməsi nəticəsində yeni doğulan və küvəzdə saxlanılan üçəmlərdən ikisinin oksigen çatışmazlığından dünyasını dəyişməsinə münasibət bildirib.
Yeni doğulan uşaqların işığın kəsilməsi səbəbindən ölməsi xəbərinə Səhiyyə Nazirliyindən münasibət

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasında (RMX) elektrik enerjisinin kəsilməsi nəticəsində yeni doğulan və küvəzdə saxlanılan üçəmlərdən ikisinin oksigen çatışmazlığından dünyasını dəyişməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də 31 həftəlik hamiləlikdən ücəm dünyaya gətirib: "Uşaqların cəkisi cox balaca olub. İntensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, uşaqlardan biri 1:00 da, digəri isə 1:10-da tələf olub. Mətbuatda yazılanlara gəlincə isə işıq saat ikinin yarısında bütün rayonda sönüb. Yəni işığın buna hec bir aidiyyatı yoxdur. Xəstəxananın reanimasiya, doğum şəbələrində də generatorlar var".

Qeyd edək ki, verilən məlumatlara görə, 21 yaşlı Mirzabitə İlham qızı Abdullayevanın doğuşundan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib. Salyan RMX-da elektrik generatorunun olduğu bildirilsə də, o, nasaz vəziyyətdə olduğundan işləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti