Balakəndə Qarabağ müharibəsi əlillərinə yeni evlər verilib (FOTO)

Balakəndə Qarabağ müharibəsi əlillərinə yeni evlər verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Balakən rayonunda davam etdirilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirliyin sifarişi əsasında rayonda inşa olunan fərdi yaşayış evlərindən tikintisi başa çatmış 2 ev növbədə olan Qarabağ müharibəsi əlillərinə - Rəhimov Aydəmir Ağabəy oğluna və Layıcov Ceyhun Əsədulla oğluna təqdim olunub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərindən bəhs edib, mənzillə təmin edilənlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb.

S.Müslümov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə keçən il əvvəlki illə müqayisədə 61,5 faiz çox, yəni 281 mənzil verildiyini qeyd edib: “Cari il ərzində də ötən illə müqayisədə daha çox şəxsin mənzillə təmin edilməsi nəzərdə tutulur. Bu ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzili yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş 53 mənzil, 20-dən artıq rayonda 96 ədəd fərdi yaşayış evi, ümumilikdə 203 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub”.

Bu vaxta qədər nazirliyin xətti ilə 5435 nəfər əlil və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirən nazir onların 91 faizinin məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri olduğunu, digərlərini İkinci Dünya müharibəsi, Çernobıl AES əlilləri və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar, gözdən əlillər təşkil etdiyini diqqətə çatdırıb: “Bununla yanaşı, nazirlik tərəfindən Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilən 55,4 mindən çox şəxsin 47 faizi və ya 26 min nəfərə yaxını ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələridir. Onların böyük əksəriyyəti həmin təqaüdlərlə yanaşı, əmək pensiyası, qalan hissəsi isə sosial müavinətlərlə təmin edilirlər. Bütün bu sosial ödənişlərin mütamadi olaraq artırılması da təmin edilir. Cari ilin fevral ayından onlarda növbəti artım həyata keçirilib”.

S.Müslümov Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin pensiya təminatı sahəsində də müəyyən güzəştlərinin olduğundan bəhs edib, onların uşaqlarının aylıq sosial müavinətlə təmin edildiyini bildirib: “Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsilinə də xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən, onların respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Nazir sözügedən insanların bərpa müalicəsinin təşkili yönündə tədbirlərə də toxunub: “Nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsi, eləcə də ölkə xaricində ixtisaslaşmış bərpa müalicəsi təşkil edilənlərin, yaz-yay mövsümündə sağlamlıq istirahət mərkəzlərinə göndərilənlərin də bir hissəsi məhz Qarabağ müharibəsi əlilləridir”.

Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlillərinə bu münasibətlə xoş arzularını ifadə edən S.Müslümov onların və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsinə yönələn işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini vurğulayıb.

Qarabağ müharibəsi əlilləri A.Rəhimov və C.Layıcov onların rifah halının yaxşılaşdırılması yönündə aparılan mühüm işlərə, hazırda isə yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Loading Bars
Xəbər lenti
Parisdə etiraz aksiyasında 8 polis əməkdaşı xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 9 349 nəfərə çatıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 645 mindən çox artıb
Bottas "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Parisdə etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb
Türkiyədə koronavirusdan sağalanların sayı 427 mini keçib
Çində mədəndə partlayış olub, çox sayda ölən var
Koronavirus qripdən necə fərqlənir?
Parsidə etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə edib
Gürcüstanda koronavirusdan daha 37 nəfər ölüb
Türkiyə silahlarının effektivliyi Qarabağdakı son müharibə zamanı sübut edildi - Hulusi Akar
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Ermənistan müxalifəti Paşinyanın dekabrın 8-ə qədər istefaya getməsini tələb edib
Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb
Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi - Politoloq
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı - RƏSMİ (FOTO/VİDEO)
İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Beynəlxalq Könüllülər Günü təbriki
Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib və “İlin Könüllüsü” mükafatı qalibləri elan olunub (FOTO)
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri Prezident İlham Əliyevi təbrik edib
AŞF FİDE-yə müraciət ünvanlayıb
Qarabağ səmalarında Azərbaycan bayrağı dalğalanır - Ərdoğan
Sumqayıtda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb (FOTO/VİDEO)
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif! (VİDEO)
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Bütün xəbərlər