...

BMT Baş Assambleyasının prezidenti: Azərbaycan BMT-nin etibarlı tərəfdaşıdır

Cəmiyyət Materials 29 İyun 2016 10:37 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 28 iyun-1 iyul 2016-cı il tarixində Nyu York şəhərinə səfərə gedib.
BMT Baş Assambleyasının prezidenti: Azərbaycan BMT-nin etibarlı tərəfdaşıdır

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu York şəhərinə səfərə gedib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 28-dən başlayan və iyulun 1-də yekunlaşacaq səfər çərçivəsində nazir Ə.Qarayev ilə BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub.

Ə.Qarayev BMT Baş Assambleyasının prezidenti M.Lykketofta Azərbaycan ilə BMT arasında ən yüksək münasibətlərin olduğunu bildirib. O, 2016-cı ilin 25-27 aprel tarixində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçdiyini, 147 ölkədən 3000-dən çox iştirakçının qatıldığı Forumda müzakirə olunan mövzuların dünyanı və xüsusilə BMT-ni narahat edən məsələlərin ətrafında olduğunu diqqətə çatdırıb.

BMT Baş Assambleyasının prezidenti M.Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu təsdiqləyərək, bu tərəfdaşlıqla məmnun olduğunu ifadə etdi.

Sonra Ə.Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib.

Yekunda nazir Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək M.Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti