...

Dayanma, Snikerslə: 1991-ci ildən bəri (VİDEO)

Cəmiyyət Materials 1 İyul 2016 10:00 (UTC +04:00)

Bakı. Trend:

25 il əvvəl Azərbaycanın həyatında mühüm hadisələr baş verdi və onlardan biri bütün dünyada populyar olan Snickers® batonu ilə tanışlıq oldu. Əsrin dörddə biri qədər müddət ərzində Snickers® özünə pərəstişkar ordusu toplamış, gənclərin slenqinə təsir göstərmiş və festival sayağı küçə mədəniyyətini inkişaf etdirmişdir. Ötən ilin yazında Snickers® -in 25 illiyi şərəfinə Azərbaycanda “Snickers® 25” aksiyası keçirildi.

Martın 28-də www.snickers25.az saytında ölkənin son 25 illlik tarixindən məzəli suallar verilən və qiymətli uduşlar qazandıran maraqlı oyuna start verildi. Uduş taym-kvestini keçmiş hər bir iştirakçı təkrar-təkrar əmin olurdu ki, bütün bu illər ərzində Snickers® özünə sadiq qalıb.

Təxminən üç ay ərzində 70 şəhər və qəsəbədən olan iştirakçılar 1991-2015-ci illərin dəbli tendensiyalarını yada salırdı. 90-ların kult filmləri və üslubu, ilk sosial şəbəkələr və kompüter oyunları, küçə idmanı və müasir musiqi - bütün bunları “Snickers® 25” iştirakçıları növbəti dəfə yaşayır və hər gün, hər həftə uduşlar qazanırdı. Dəbdə olan qacetlər, pul və bütöv Snickers® qutuları - uduş əldə etmək üçün www.snickers25.az saytında qeydiyyatdan keçmək və mütəmadi olaraq suallara cavab vermək kifayət idi. Oyun əsas uduşun - avtomobilin oynanılması ilə başa çatdı.

17 970 iştirakçı arasında ən uğurlusu Bakıdan Məhərrəmzadə Ramal oldu - əsas mükafatı məhz o qazandı. “Volkswagen passat CC” avtomobili iyunun 6-da tiraj komissiyası və müsabiqə təşkilatçılarının iştirakı və populyar aparıcı Tural Əsədovun müşayiəti ilə oynanıldı.

25 illik populyarlıq - bu son hədd deyil. Snickers®, aclığını yatırmaq istəyən hər kəsin yanında olmaqla, özünə gələcəkdə də sadiq qalacaq, axı "Ac olanda sən o sən deyilsən"!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti