Tələbələrə ilk təhsil kreditləri verilib

Tələbələrə ilk təhsil kreditləri verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

M.Cabbarov qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondunun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Bu təşəbbüsə qoşulan bütün ali məktəblərə təşəkkür edən nazir bildirib ki, onlar bu layihəyə qoşulmaqla sosial məsuliyyət nümayiş etdiriblər. Tələbələrin akademik məzuniyyət götürməməsi üçün şərait yaradıblar: "Dünya təcrübəsinə baxdıqda görünür ki, təhsil kreditləri məktəblərin öz gücü ilə təmin edilmir, burada digər mənbələrdən istifadə edilir. Bu sahədə beynəlxalq təcrübə fərqlidir. Burada bütün hallarda gəlir götürülmə məqsəd kimi güdülmür. Mən biznes strukturları üçün Fondun qapılarının açıq olduğunu bildirmək istəyirəm. Digər ali məktəbləri də bu fondda görmək istərdik. Belə olan halda fond daha çox tələbə üçün əlçatan olacaq".

Nazir qeyd edib ki, tələbələr kreditləri ilə ixtisasları üzrə təhsil alıb əmək bazarında öz yerlərini tutduqdan sonra kreditlərini qaytarmağa başlayacaqlar ki, bu da növbəti illərdə digər tələbələrin kredit almasına imkan yaradacaq.

M.Cabbarov əlavə edib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsil kreditlərinin tətbiq edilməsi tələbələrin təhsil haqqını ödəməkdə yaranan çətinliklərini aradan qaldıracaq.

Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud bildirib ki, kredit almaq üçün müraciət yalnız elektron qaydada ola bilər. Kredit üçün sənəd qəbulu iyunun 3-dən 25-dək aparılıb. Bu müddətdə 300-dən çox tələbə və onların valideynləri fondla əlaqə saxlayıb: "Tələbələr və valideynlərdən 300-dən çoxu fondun saytına daxil olaraq kredit almaqla bağlı maraqlanıblar. Hər biri ilə danışıqlar aparılıb. Lakin fondun qoyduğu şərtlər çərçivəsində 55 müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə müqavilə imzalanıb".

R.Mahmud qeyd edib ki, müqavilələrin 10-u standart, 12-si isə güzəştli kredit paketləri üzrə olub. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olanlar, sənədləşmə uyğunsuzluğu olanlar olub: "Maraq çox olub. Belə ki, Lənkəran Dövlət Universitetindən artıq yazılı şəkildə müraciət olunub. Eyni zamanda, tələbələrdən də təkliflər olub ki, qoyulan bəzi şərtlər sadələşdirilsin. Bütün bu təkliflərə fondun növbəti şura iclaslarında baxılacaq".

Sonra təhsil naziri Maarifçi Tələbə Kredit Fondunun ilk təhsil krediti ayırdığı bir qrup tələbəyə müvafiq setifikatları təqdim edib.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Britaniya kraliçası Azərbaycanı təbrik edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2266 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda daha bir məktəb distant təhsilə keçdi
Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib - Mikayıl Cabbarov (FOTO)
Qubadlıda icra olunan layihələr infrastruktur işlərinin birinci sırada olduğunu göstərir - Deputat
Bu ərazilərə qar yağıb - Faktiki hava
Azərbaycanda restoranlara ulduzlar verilə bilərmi?
Ata Abdullayev dedi ki, 15 min manat ver, videonu silim - Zərərçəkmiş
Gənclərə örnək olan şəhid Milli Qəhrəman Şükür Həmidov
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər (FOTO)
MDU-nun türkiyəli professoru magistrantlarla görüşüb (FOTO)
Sabah hava yağışsız keçəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 232 mini keçib
Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?
Münhen təhlükəsizlik konfransı gələn il ənənəvi formatda keçiriləcək
Türkiyə səfiri UNEC-də olub (FOTO)
Külli miqdarda qanunsuz spirtli içki aşkar edilib (VİDEO)
AzEduNet və İT Step Akademiyası arasında memorandum imzalanıb
Əlillərə əmək pensiyası təyinatı hansı qaydada aparılır?
DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb
COVID-19 peyvəndi sonsuzluğa səbəb ola bilərmi?
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib (FOTO)
Dövlət orqanlarında 58 vakant vəzifə üzrə müsahibə elan edilib
İbtidai sinif müəllimlərinə pensiya güzəşti nəzərdə tutulmayıb - DSMF
Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilən təqaüdün məbləği açıqlandı
Türkiyə Prezidenti Azərbaycana yola düşüb
Prezident Ərdoğanın Azərbaycan səfəri əlaqələrimizin möhkəmlənməsi üçün daha bir addımdır - Türkiyə PA
Gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq
Sürətli bərpa, müasir şərait, vətəndaş məmnunluğu - Erməni terrorundan zərərçəkmiş vətəndaşlar yeni evlərə köçüb (FOTO/VİDEO)
NFC ödənişləri artıq Rabitəbankda!
Qış Olimpiya Oyunlarında peyvənd olunmayan idmançılar 21 gün karantinə alınacaq
Çində üç yaşdan yuxarı uşaqların vaksinasiyası başlayacaq
Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib (FOTO)
Şahmar Mövsümov yenidən Beynəlxalq Bankın Müşahidə Şurasının sədri təyin edilib
Bakıda beşmərtəbəli binanın tikintisi dayandırıldı (FOTO/VİDEO)
Kapital Bank gömrük rəsmiləşdirilməsi üçün güzəştli kredit təklif edir
Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK! (FOTO)
Gəncədə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Şuşaya qar yağır (VİDEO)
Bəzi qüvvələr bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır - Ramil Usubov
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır - Əli Nağıyev
DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılışı olub (FOTO)
Oktyabr ayı üzrə bütün sosial ödənişlər həyata keçirilib
Aydın Sadıxovun “Macarıstanın sərvətləri” fotosərgisi keçiriləcək (FOTO)
Sosial xidmətlərlə bağlı elektron portaldan 9 ayda 7,4 milyon dəfə istifadə edilib
Azərbaycanda yeni medallar təsis edilir
Polis idarəsindən silah oğurlayan polis əməkdaşlarının məhkəməsi başladı
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib (FOTO)
Çaylarda sululuq ötən illə müqayisədə artıb
Bakıda “Gelandewagen” YPX avtomobilinə çırpıldı, polis xəsarət aldı (VİDEO)
"CV yarat" platforması istifadəyə verilib
Azad edilmiş ərazilər sürətlə abad olunur - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Nyu Yorkda fövqəladə vəziyyət elan edilib
Koronavirusun "AY.4.2" variantı ciddi yanaşılmalı mutasiyadır - Mütəxəssis
Bakıda mənzildən kişi meyiti tapılıb
"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb
Bakı-Sumqayıt yolunda güclü tıxac yaranıb (FOTO/VİDEO)
Azərbaycan və Qırğızıstan nəqliyyat sahəsində saziş imzalamağı planlaşdırır (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 1 353 nəfər yoluxub
Nyu York metrosunda atışma olub
"Facebook"un gəliri artıb
Bayden qlobal istiləşmənin zərərini qiymətləndirdi
İspaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötüb
ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)
Polşa Moldovaya 1 milyon kubmetr qaz tədarük edəcək
Ərdoğan ABŞ və bir sıra ölkələrin Türkiyədəki səfirliklərinin açıqlamalarını alqışlayıb
Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb
BMT TŞ Sudandakı vəziyyəti müzakirə edə bilər
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
Qaxda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 30 824 nəfər sağalıb
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)
Zəfər xronikası 26 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr
Bakıdakı bəzi təhsil müəssisələri regionlara köçürülməlidir - Ekspert
Qubadlı sakini Birinci xanım Mehriban Əliyevaya kəlağayı bağışladı (FOTO/VİDEO)
Azərbaycan FAO ilə tərəfdaşlıq proqramının müddətini uzadır
Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona (FOTO)
Prezident İlham Əliyev: Ölkəmizin yeniləşməsi, xoşagəlməz hallarla mübarizə tam yeni müstəviyə çıxmalıdır
Prezident İlham Əliyev: Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi
Prezident İlham Əliyev: Biz qurucu xalqıq və Qubadlını yenidən quracağıq
Prezident İlham Əliyev: 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq
Prezident İlham Əliyev: Zəngilan hava limanı gələn il istifadəyə veriləcək
Prezident İlham Əliyev: Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq
Prezident İlham Əliyev: Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına küçələr qoyulacaq
Azərbaycanda bal istehsalı planı üstələyib
Azərbaycanda benzin istehsalı artıb
Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr məlum olub
Qubadlını işğaldan azad etməklə düşmənin belini tamamilə qırdıq - Naqif Həmzəyev
Ölkə üzrə payız ağac əkini davam edir
OPEC neft qiymətlərinin artımı fonunda güclü təzyiq altındadır
AQTİ ilə İtaliya qurumu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Qazaxıstan və Türkmənistan sərhədlərin hüquqi rəsmiləşdirilməsini başa çatdırır
ABŞ-dan olan qonaqlar Multikulturalizm Mərkəzinin qonağı olub (FOTO)
Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçilib
Bütün xəbərlər