...

İmişlinin kəndində yeni tibb məntəqəsi açılıb (FOTO)

Cəmiyyət Materials 30 İyun 2016 18:19 (UTC +04:00)
İmişli rayonunun Gövhərli kəndinin sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.
İmişlinin kəndində yeni tibb məntəqəsi açılıb (FOTO)

Bakı. Trend:

İmişli rayonunun Gövhərli kəndinin sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat və Səhiyyə nazirliklərinin rəsmiləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Bu layihə USAID və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

EWMI təşkilatının texniki dəstəyi ilə, yerli və regional hökumət qurumları ilə birgə sakinləri yararsız vəziyyətdə olan bir otaqlı tibb məntəqəsini yeni məntəqə ilə əvəzləyiblər. Bir müayinə otağı və gözləmə otağı kimi istifadə olunan bir dəhlizdən ibarət yeni məntəqə icmanın 960-a yaxın sakininin gündəlik tibb xidmətlərini yerinə yetirəcək.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 70 icmasında 110 000-ə yaxın insana fayda verərək, 80 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti