...

Qeyri-qanuni dövriyyədən 40 min manatlıq saxta əsginas çıxarılıb

Cəmiyyət Materials 8 İyul 2016 17:18 (UTC +04:00)
Azərbaycanda qeyri-qanuni dövriyyədən təqribən 40 min manatlıq saxta əsginaslar çıxarılıb.
Qeyri-qanuni dövriyyədən 40 min manatlıq saxta əsginas çıxarılıb

Bakı. Trend:

İlin birinci yarısında Azərbaycanda qeyri-qanuni dövriyyədən təqribən 40 min manatlıq saxta əsginaslar çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu iyulun 8-də nazirlikdə 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

V.Eyvazov qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 18 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb: "Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 24.700 manat və 10 min ABŞ dolları olan 347 ədəd əsginas, habelə istifadə müddəti ötmüş 13 tona yaxın yeyinti məhsulu və tikinti materialı çıxarılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti