...

Magistraturaya qəbul olan 730 nəfər qeydiyyatdan keçməyib

Cəmiyyət Materials 13 İyul 2016 18:33 (UTC +04:00)
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb.
Magistraturaya qəbul olan 730 nəfər qeydiyyatdan keçməyib

Bakı. Trend:

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, qeydiyyat prosesi 28 iyun-11 iyul tarixlərində aparılıb. Magistraturaya qəbul olunan 5359 bakalavrdan (o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib.

730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızdır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Boş qalan plan yerləri haqqında məlumat “Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcəkdir. İxtisaslaşma seçimi 8-14 avqust tarixlərində aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti